FOTO
“Böyük dəbilqə” turnirinin Təşkilat Komitəsinin iclası keçirilib

Xəbər verdiyimiz kimi, 6-8 mayda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçular arasında “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki. bununla bağlı yerli Təşkilat Komitəsinin hesabat xarakterli iclası keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak ediblər.

Toplantıda  komitə üzvləri turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək bildirib ki, “Böyük dəbilqə” turnirində 86 ölkədən 552 idmançı mübarizə aparacaq. O, görülən işlər haqda məlumat verib və qeyd edib ki, Azərbaycan idman ölkəsi olaraq belə tədbirin keçirilməsində böyük təcrübəyə malikdir. Biz bu təcrübədən istifadə edərək möhtəşəm turniri də yüksək səviyyədə təşkil edəcəyik.

Beynəlxalq Cüdo Federasiyasının işçi qrupu da ölkəmizdə olub. Onlar görülən işlərlə tanış olublar, baxış keçiriblər və bəyəniblər. Vitse-prezident sonda onu da vurğulayıb ki, işçi qrupunun razı qalması və müsbət fikri də işlərin istənilən səviyyədə getdiyindən xəbər verir.

13062459_543784065802228_3631729995461802474_n 13076629_543784175802217_9132391502671835584_n 13092029_543783945802240_8067343359017251061_n13102893_543783949135573_6418785528668931606_n13091942_543784179135550_8543316486497411012_n13100715_543784075802227_4387370182667401620_n

Həmin kateqoriyadan