- Baxış sayı: 29
- 06 Fevral 2026 10:11
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Turan Tovuz”un məşqçisi Ruslan Abışov komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikdən sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, mütəxəssis qələbəni belə dəyərləndirib:
“4 gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda “Karvan-Yevlax”la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq”.