“Bu ölkə tək “Qarabağ”dan ibarət deyil, başqa klublar da var”

İdman yazarları “Araz-Naxçıvan”la oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa “Qarabağ”ın “Neftçi” ilə matçının mümkün təxirə salınması haqda sual veriblər. Allsport.az saytı xəbər verir ki, litvalı mütəxəssisin cavabı sərt olub:

“Mən “Qarabağ”ın deyil, “Sabah”ın baş məşqçisiyəm. Bura gəlmişəm ki, oyun barədə suallar cavablandırım. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiz? Bu məsələyə də münasibət bildirmək istəmirəm.

“Qarabağ” haqda soruşmaq istəyirsizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiniz. “Sabah”ın oyununa gəlirsiz və mənə “Qarabağ” haqda sual verirsiz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmət edin. Bu ölkə tək “Qarabağ”dan ibarət deyil, başqa klublar da var”.

Həmin kateqoriyadan