“Bu səddi aşdımsa…”

III MDB oyunlarında Yevlax olimpiya idman kompleksində yeniyetmə boksuların mübarizəsində 48 kq-da Əli Əliyev fəxri kürsünün ən yüksək pilləsinə çıxdı. Mükafatlandırmadan sonra o sevincini allsport.az saytı ilə bölüşdü:

“Allaha çox şükür, qızıl medal qazandım. Bu yolda ilk döyüşdə qırğız, yarımfinalda qazax idmançısına qalib gəldim. Həlledici görüşdə tacik boksçusu güclü idi. Boşluqlar verməyib yekunda onu da üstələdim.

Asiya təmsilçiləri ilə qarşılaşmada çətinlik olur. Bu səddi aşdımsa, demək, daha böyük zirvələri fəth edə bilərəm. Dekabrda Almaniyada Avropa birinciliyi keçiriləcək. Bu sınaq həmin yarış üçün böyük təcrübə oldu”.

Kamran HACI, Yevlax

Həmin kateqoriyadan