- Baxış sayı: 19
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarında Yevlax olimpiya idman kompleksində boks yarışında yeniyetmələr millisinin üzvü Şahin Aslanov (60 kq) 1-ci yer tutdu. Mükafatlandırmadan sonra o çıxışı və gələcək hədəfi barədə allsport.az saytına danışdı:
“Doğma divarlar arasında diqqət və məsuliyyət çox idi. Həyacan da vardı. Hər şeyə rəğmən, bütün gücümü ortaya qoyub istəyimə çatdım – bayrağımızı dalğalandırıb himnimizi səsləndirdim.
Döyüşlərin hamısı gərgin keçdi. İlk qarşılaşmada tacikistanlını üstələdim. Sonra rusiyalı idmançını sıradan çıxardım. Onların hər ikisinə 4:1 qalib gəldim. Finalda özbəkistanlı boksçunu da məğlub etdim. Adları son 2 çəkilən ölkələr bu idman növündə aparıcıdırlar.
Paris-2024 olimpiadasında 7 çəkidə 5 qızıl medalı Özbəkistan qazanmışdı. Allaha şükürlər olsun, həyacanı boğub güclü rəqibə qalib gəldim. Bu sədləri keçməklə özümə inamım daha atıb. Təcrübə yığdım. İnşallah, ilin sonunda qiyə birinciliyində bu uğuru təkratlamaq niyyətindəyəm”.
Kamran HACI, Yevlax