- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu il qadın voleybolçuları İslam oyunları və Avropa çempionatının təsnifatı gözləyir. Allsport.az saytı xəbər verir ki, millinin üzvü Marqarita Stepanenko hazırlığı belə dəyərləndirir:
“İyunun 14-dən məşqlərinə qoşulmuşam. Ayının sonunadək əsasən fiziki və fərdi şəkildə texniki hazırlığa diqqət yetirəcəyik. Çalışıram ki, tam formamı yığım.
Bir neçə gündən sonra təlim-məşq toplanışımızı Mingəçevirdə davam etdirəcəyik. Həmin 10 günlük hazırlıqda kollektiv məşqlərə üstünlük veriləcək. Bu toplanışdan sonra komandamızda olan çatışmazlıqları tam aydın biləcəyik.
İyul ayında bir neçə aparıcı voleybolçumuzun da məşqlərə qoşulması gözlənilir. Düşünürəm ki, qarşıdakı yarışlarda uğurlu çıxış edəcək və Vətənə yaxşı nəticələrlə dönəcəyik”.