- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Tokio oyunlarında çıxış edən Azərbaycan komandası bu gün Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda bürünc medal qazanan yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (77 kq) açıqlaması belə olub:
“Azərbaycana medal gətirdiyimiz üçün sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Həm müharibə, həm də pandemiya şəraitində çətin günlər idmandan da yan keçməyib. Düzdür, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq.
Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Bundan sonra 1 olimpiada da güləşmək fikrindəyəm. Hələ 33 yaşım var, bu, elə də çox deyil. Qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də olimpiya medalı.
Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti yarışda qızıl mükafata sahib olaq. 4 görüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da bacardım”.