Bundesliqa klubunun üzvü yığmamızın toplanışında iştirak etməyəcək

Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Allsport.az xəbər verir ki, Almaniyanın “Hannover” klubunun futbolçusu Benhur Kaman bu toplanışa qatılmayacaq.

Benhurun əvəzinə toplanışa “Neftçi”nin futbolçusu Emil Həsənzadə dəvət olunub.

Qeyd edək ki, Almaniya təmsilçisində çıxış edən Benhur Kamanın toplanışa qatılmamasının səbəbi açıqlanmır.

Həmin kateqoriyadan