- Baxış sayı: 62
- 03 Mart 2026 14:22
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Azərbaycan boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarına qələbə ilə başlayıb. Allsport.az xəbər verir ki, 57 kq çəkidə döyüşən milli üzvü 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.
O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.