- Baxış sayı: 202
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının prezidentinin müşaviri, CEV idarə heyətinin üzvü Cəlil Cəfərov avrokubokun finalına təyinat alıb.
Allsport.az xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi funksiyasını yerinə yetirəcək.
Cəfərov Fransanın “Nant” və İtaliyanın “Novara” klublarının qarşılaşmasında hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Bu görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitrovic və polşalı Voycieç Maroşek olacaq. Matç fevralın 28-də “Salle Sportive Metropolitaine REZE” arenasında keçiriləcək.
Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.