- Baxış sayı: 203
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyasının baş katibi Cəlil Cəfərov qitə voleybol konfederasiyasının idarə heyətinə üzv seçilib. Allsport.az saytı xəbər verir ki, bu, Avstriya paytaxtı Vyanada 41-ci baş assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.
8 namizədin iştirak etdiyi 2-ci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi istəyinə çatıb. O, həlledici etapda CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək, ilk dəfə CEV idarə heyətində üzvlüyünü rəsmiləşdirib.