- Baxış sayı: 162
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün kişi voleybolçuların yüksək liqada “Xilasedici” ardıcıl 3-cü qələbəsini bayram edib. Debütantın növbəti “qurban”ı MOİK olub. Allsport.az saytına açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov bunu söyləyib:
“MOİK güclü klubdur, ötən ilin çempionu “Murov”la 2:3 oynamışdılar. Biz isə, hər 3 setdə hesabda geridə olsaq da, özəlliklə, 2-ci hissədə rəqib 7 top öndəykən, toparlandıq, uğurlu dəyişikliklərlə durumu öz xeyrimizə çevirə bildik”.