- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Ölkənin aparıçı klublarından olan “Judo-2012” ümummilli lider Heydər Əliyevin xatirəsinə yeniyetmələr arasında şəxsi-komanda yarışı keçirib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən klub daxili rəqanətdə 150 nəfər qüvvəsini sınayıb. Bazanın icraçı direktoru Hafiz Hacıyev Azərtac.az-a deyib: “Heydər Əliyevin xatirəsi hər birimiz üçün əzizdir. Dahi rəhbər gənc nəslin həm mənəvi, həm də fiziki cəhətdən sağlam böyüməsinə xüsusi qayğı göstərirdi. Onun yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Biz də ölkəmizin idman şərəfini layiqincə qoruya biləcək idmançılar yetişdirməyə çalışırıq. Onun anım günü ərəfəsində keçirdiyimiz turnirdə məqsədimiz perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək və klubun müxtəlif yaş qrupları üzrə komandalarının tərkibini komplektləşdirmək idi”.
Turnir hərəsində 10 çəki dərəcəsi olmaqla 3 yaş qrupu – 2005/06-cı, 2007/08 və 2009/11-ci il təvəllüdlülər arasında keçirilib. Mübarizə şəxsi-komanda xarakteri daşıdığından, idmançılar şərti olaraq “Canavarlar” , “Şahinlər” və “İppon” komandalarına bölünüblər. Şəxsi yarışların nəticələrinə görə komanda hesabında “Canavarlar” 1-ci yeri tutublar.
Xatırladaq ki, cüdo veteranları assosiasiyasının prezidenti, cüdo federasiyası icraiyyə komitəsinin üzvü, veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov rəhbərlik etdiyi “Judo Club 2012” ictimai birliyinin nəzdində yaradılmış eyni adlı klub qısa vaxtda ölkənin idman həyatında uğurlu göstəricilərlə tanınıb. Bu yaxınlarda başa çatmış Azərbatcan çempionatında klubun üzvləri yüksək nəticələri ilə fərqləniblər. Komanda hesabında “Judo Club 2012” 3-cü yeri tutub.