- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Su idmanı sarayının meydançasında çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb.
Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb. Maraqlı keçən görüşlərdə qadınların finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 üstələyib.
Kişilərin yarışında əlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 birincilərin xeyrinə yekunlaşıb.
Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) 3-cü yeri tutub.