- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” olimpiya idman mərkəzində kişi voleybolçuların “Zəfər kuboku”nundan sonra, yüksək, super və 1-ci liqalarda fərqlənənlərin mükafatlandırması oldu. Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, medalçılara gələcək yarışlarda uğurlar arzulayıb:
“Həqiqətən, belə yarışlar üçün darıxmışdıq. Pandemiya müddətində bu yarışları keçirmək mümkün olmurdu. Bu gün isə hamımız bir-birimizi təbrik edə bilərik ki, voleybol çempionatı uğurla keçirildi və yekunlaşdı, “Zəfər kuboku”nun qalibi müəyyənləşdi.
Bu gün burada bizim müharibədəki zəfərimizdə xidmətləri olmuş qəhrəmanlarımız iştirak edirlər. Hamımızın adından bir daha onları salamlamaq istəyirəm. İdmançılara isə bundan sonrakı yarışlarda uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq. Hamınıza ugurlar”.