Corcina paylaşım etdi – Madriddə bahalı gecə – FOTO

Kriştianu Ronaldunun nişanlısı Corcina Rodriqes sosial şəbəkə hesabında böyük maraq doğuran yeni foto paylaşıb.

Allsport.az xəbər verir ki, şəkildə cütlüyün malik olduğu lüks avtomobil və bahalı zinət əşyaları diqqət çəkib. Paylaşımda yer alan detalların ümumi dəyərinin 20 milyon dollardan çox olduğu bildirilir.

Kadrda əks olunan bahalı mülklərin siyahısı və qiymətləri belədir:

  • “Bugatti Centodieci” avtomobili – 13,5 milyon dollar;
  • Brilyant nişan üzüyü – 6 milyon dollar;
  • “Patek Philippe 5719/10G” saatı – 700 min dollar;
  • “Ladies Patek 7118/1450R” saatı – 450 min dollar.

Corcina paylaşımını dünya şöhrətli müğənni Rihannanın “Diamonds” mahnısı ilə müşayiət edib. Hazırda Madriddə olan cütlüyün yaxın aylarda toy edəcəyi gözlənilir.

Həmin kateqoriyadan