- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, müqaviləni ACF-nin baş katibi Rəşad Rəsullu və “İdman” TV-nin direktoru Rövşən Binnətli imzalayıblar. Anlaşmaya əsasən, “Dünya cüdo turu” çərçivəsində 2023 və 2024-cü illərdə bütün yarışlarının ACF-yə məxsus olan Azərbaycan ərazisindəki televiziya yayım hüququnun “İdman”a verilməsi nəzərdə tutulur.
Həmçinin cüdo federasiyasının keçirdiyi bütün yaş qrupları üzrə Azərbaycan birincilikləri və çempionatlarının final görüşləri İdman TV-də canlı yayımlanacaq. Bundan əlavə, cüdonun kütləviləşdirilməsini təmin etmək məqsədilə “İdman” TV-nin efirində bu idman növü ilə bağlı verilişin olması planlaşdırılır.