- Baxış sayı: 36
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvləri üçün “Stresin idarə olunması” mövzusunda təlim təşkil edilib.
Allsport.az saytı xəbər verir ki, əsas məqsəd beynəlxalq və yerli yarışlarda iştirak edən hakimlərin yarışöncəsi psixoloji hazırlıq səviyyəsinin artırılması və yarış zamanı yaranan çətin vəziyyətlərin idarə olunması, emosional proseslərin, operativ qərarvermə çətinlikləri ilə bağlı yaranan stresli vəziyyətləri idarəetmə bacarıqlarının artırılması, həmçinin bu istiqamətdə gələcək fəaliyyətlərin müəyyənləşdirilməsindən ibarət olub.
Peşəkar psixoloq, MBSR mütəxəssis Zümrüd Əkbərova tərəfindən keçirilən təlimdə idman yarışlarında hakimlərin psixoloji hazırlığının vacibliyi haqqında ətraflı məlumat verilib, hakimlərin öz psixi sağlamlıqlarına nəzarət və yaxşılaşdırma imkanları müzakirə edilib.
Seminar zamanı iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib. ACF-in təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.