- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qanlı yanvar faciəsindən artıq 27 il ötür. Allsport.az saytı xəbər verir ki, bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 27 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ellərdə yaşayan bütün soydaşlarımız ziyarət edir.
Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir tarixdir. Milli komandanın məşqçilər korpusunda Fərhad Məmmədov və Mölud Mirəliyev kimi mütəxəssislər də yer alıb.