- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdoçularımız ilin ilk yarışına yanvarın 24-də İsrail paytaxtında çıxacaqlar. Allsport.az saytının məlumata görə, Təl-Əviv qran-prisində millinin heyətində 18 nəfər daxil edilib.
Kişilərdə Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi – 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (+100 kq) mübarizə aparacaqlar.
Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (hər ikisi – 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (+ 78 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.