- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, zədə ucbatından bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığma komandamız bütün heyətlə toplanışda iştirak edir.
Milli komandanın baş məşqçisi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız böyük əzmlə çalışmaqdadırlar. Yüksək səviyyədə təşkil olunan toplanış dekabrın 22-dək davam edəcək.
Xatırladaq ki, cüdoçularımız bugünlərdə Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak ediblər və bu turnirlərin hər üçündə medallar qazanıblar.