- Baxış sayı: 39
- 20 Dekabr 2024 22:55
- Baxış sayı: 156
- Dekabr 18, 2024
- 0
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında Aydın Rzayev (66 kq) bürünc medal əldə edib. 73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. 60 kq çəkidə Nizami İmranov və 66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında 78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. 78 kq çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.