- Baxış sayı: 34
- 24 Mart 2026 23:23
- Baxış sayı: 34
- Mart 24, 2026
- 0

Orenburqda keçirilən Avropa kubokuna qatılan cüdo millimiz yarışdan sonra Vətənə dönməyə tələsməyib.
Allsport.az saytının məlumatına görə, Rusiyaya məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə 13 nəfərlə, əsasən 2-ci heyətlə yollanan yığmamız təlim-məşq toplanışında qalıb.
Xatırladaq ki, yarışda Murad Fətiyev (81 kq) bütün rəqiblərinə qalib gəlib. 66-kq-da Nurlan Osmanov, İlkin Babazadə 5-ci, İbrahim Əliyev, Orxan Hacıağalı 7-ci yer tutublar.