- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Almaniyanın Sarbrüker şəhərində cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü millimiz üçün daha uğurlu olub.
90 kq-da Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gəlib. +100 kq-da Azərbaycan finalı yaşanıb. Uşanqi Kokauri və Şahin Qəhrəmanovun tutaşmasında adı ilk çəkilən kimono ustası qalib gəlib. Tural Safquliyev (90 kq) 5-ci yer tutub.
Bununla da, millimiz Avropa kuboku cəmdə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 26 ölkədən 387 (269 kişi, 118 qadın) idmançının qüvvəsini sınadığı qitə mübarizədə bizimkilər 10 nəfərlə təmsil olunub.