- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdoçuların açıq Bakı çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə kişilərdə növbəti 5 çəkidə qaliblər müəyyənləşib.
Gərgin mübarizədə Elmin Hüseynov (60 kq), Asim Qulamzadə (73 kq), Coşqun Abdullayev (90 kq), Hikmət Alışov (100 kq) və Hüseyn Məmmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xatırladaq ki, 2 gün davam edən paytaxt çempionatında 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) çıxış ediblər.