- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Sumqayıt olimpiya idman kompleksində Milli dirçəliş gününə həsr olunan Sumqayıt şəhər çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 14 çəkidə 102 cüdoçu medallar uğrunda mübarizə aparıblar.
Qadınlar arasında Nigar Məmişova (48 kq), Fidan Tarverdiyeva (63 kq), kişilərdə Murad Əliyev (60 kq), Kənan İsmayılov (66 kq), Xudabaxış Əliyev (73 kq), Elmir Eminov (81 kq), Taleh Şəbiyev (90 kq), Sabir İsayev (100 kq), Tağrul Salmanov (+100 kq) 1-ci yerləri tutublar.
Yarışın keçirilməsində əsas məqsəd cari il dekabrın 2-5-də keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçilməsidir.