“Dağ xizəyi təlimçisi”

Azərbaycan idman akademiyası, Azərbaycan qış idman növləri federasiyası, Şahdağ turizm mərkəzi arasında birgə əməkdaşlıq çərçivəsində “Dağ xizəyi təlimçisi” layihəsi keçirilib.

Allsport.az xəbər verir ki, Şahdağ turizm mərkəzində gerçəkləşən layihəyə 150 saat praktiki və nəzəri təlim, yamacda və sinifdə təlim vasitəsilə peşəkar inkişaf, seminar materialının hazırlanması, praktik və nəzəri imtahanlar daxil olub.

“Dağ xizəyi təlimçisi” layihəsinin təlimçiləri isə Sloveniyanın Koper elm və tədqiqat mərkəzinin professoru və direktoru, beynəlxalq sertifikatlı xizək təlimçisi Rado Pişot, beynəlxalq xizək təlimçiləri assosiasiyası və Avropa ümumi təlim testi beynəlxalq lisenziyalarına malik xizək təlimatçısı Ana Pişot olublar.

Sözügedən layihə 16-24 martı əhatə edib.

Həmin kateqoriyadan

azenrutr