- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan yığmasının daha 3 boksçusu qələbə qazanıb.
Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çex respublikası) qarşılaşıb. Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kq) də 1/4 final mərhələsindəki döyüşünü xeyrinə bitirib. Boksçumuza Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.
Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.
Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə 2 oğlan və 2 qız boksçumuz da bu hüquqa yiyələnib.
Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.
Yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.