Daha 4 boksçu yarımfinalda

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunlarının boks yarışlarında ikinci günün döyüşləri başa çatıb.

Allsport.az xəbər verir ki, Yevlax olimpiya idman kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanıb.

Gülər Hüseynova (48 kq) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnazbanu İmaməliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.

Qardaş Rəhimov (46 kq) Mikita Beskaravaynidən (Belarus) güclü olub. Boksçumuz rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, finala gedən yolda Dəmir Nəzərovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.

Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbəy Nurqasımovu (Özbəkistan) sınağa çəkəcək.

Ayxan Həsənov (50 kq) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub. Boksçumuz 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Bəhruz Ömərov (Tacikistan) döyüşəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. 

MDB oyunlarında qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda ertəsi gün olacaq.

Həmin kateqoriyadan