Daha 6 boksçumuz yarımfinala yüksəlib

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax olimpiya idman kompleksində boks yarışında Əli Əliyev (48 kq) 1/4 finalda Məhəmmədəli Qanıbəyova (Qırğızıstan) 5:0 qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, digər boksçumuz Əflatun İsmiyev (57 kq) belaruslu Artyom Pançenkonı (Belarus) 4:1 üstələyib. Eyni çəkidə digər təmsilçimiz Raul Heydərli qazaxıstanlı Ulas Alimcanı sıradan çıxarıb (4:1).

60 kq-da Toğrul Quliyev türkmənistanlı Məhəmmədemin Beqencovu 5:0 hesabı ilə məyus edib. Bu çəkidə Şahin Aslanov tacikistanlı Yusuf Qurbanov 4:1 qalib gəlib.

1/4 finalda 52 kq-da Əli Abbaslı qırğızıstanlı Xudayberdi Abidcanova qalib gəlib (5:0).

Yarımfinala yüksələn boksçularımız özlərinə ən zı bürünc medalı təmin etmiş olublar.

Həmin kateqoriyadan