- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Allsport.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşünü xeyrinə bitirib.
75 kq-da mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.
O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.
Döyüş sentyabrın 9-da olacaq.