- Baxış sayı: 38
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Boksçumuz yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
Səidcəmşid yarımfinalda özbəkistanlı Fazliddin Ərkinbəyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Dünya çempionatında bu gün istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.