- Baxış sayı: 55
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 170
- Fevral 09, 2026
- 0

Millimizin voleybolçusu Dmitri Baranov, “Budva” komandası ilə Monteneqro kubokunu qazanıb. Allsport.az saytı xəbər verir ki, o, sevincini Azərbaycan tərəfi ilə bölüşüb:
“Kubok uğrunda yarışda 7 komanda iştirak edirdi. Rəqiblərimiz layiqli mübarizə apardı, amma biz daha yaxşı oyun nümayiş etdirərək Monteneqro kubokunu qazana bildik.
Mövsümün əvvəlindən məqsədimiz Monteneqro Kubokunu qazanmaq və çempionatda birinci yeri qazanmaq idi. Bir məqsədimizə çatdıq, inanıram ki, çempionatda da qalib gələcəyik”.