- Baxış sayı: 45
- 06 Mart 2026 23:49
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Mançester Siti”nin qapıçısı Canluici Donnarummanın agenti Enso Rayola futbolçunun hazırda İngiltərə klubunda xoşbəxt olduğunu, lakin gələcəkdə vətəninə qayıtmaq ehtimalını istisna etmədiyini bildirib.
Allsport.az xəbər verir ki, o, 26 yaşlı qolkiperin Pep Qvardiolanın layihəsindən razı qaldığını, buna baxmayaraq, İtaliyadan ciddi təklif gələcəyi təqdirdə buna baxılacağını vurğulayıb.
İtaliya millisinin üzvü ötən yay PSJ-dən “şəhərlilər”in heyətinə qoşulub. O, cari mövsümdə keçirdiyi 24 matçın 10-da qapısını toxunulmaz saxlayıb.