- Baxış sayı: 19
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarının boks yarışlarında yarımfinal döyüşləri başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın 3 idmançısı qələbə qazanaraq finala yüksəlib.
Məhəmmədəli Qasımzadə (60 kq) Tamer Almatrfini (Səudiyyə Ərəbistanı) ilk raundda məğlub edib. Tam üstünlüklə qalib gələn boksçumuz finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gələcək.
Səidcəmşid Cəfərov (80 kq) yarımfinalda Hüseyn İaşaişdən (İordaniya) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, qızıl medal uğrunda Sultan Osmanlı (Türkiyə) ilə döyüşəcək.
Aynur Mikayılova (57 kq) isə Nura Əbunəbi (Fələstin) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda Xumarabonu Mamacanova (Özbəkistan) ilə qarşılaşacaq.
Digər boksçularımızdan Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) İslamiadada bürünc medal qazanıblar.
Bu gün keçiriləcək final döyüşlərində Nərgiz Zeynalova (54 kq) da rinqə çıxacaq. Boksçumuzun rəqibi Ayşən Daşqın (Türkiyə) olacaq.