- Baxış sayı: 48
- 17 Aprel 2025 22:49
- Baxış sayı: 33
- Aprel 23, 2025
- 0
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan badminton federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 12 dövlət qurumundan 28 əməkdaş (11 qadın, 17 kişi) iştirak edib.
Qadınlar arasında Şəlalə Mərdəliyeva, Səbinə İmaməliyeva (hər ikisi əmək və əhalinin sosial müdafiəsi nazirliyi (ƏƏSMN)) və Samirə Cəfərova (SOCAR) fərqləniblər. Kişilər arasında Bakı beynəlxalq dəniz ticarət limanının əməkdaşı Ramil Hacıyev birinci olub. Kənan Şıxəliyev və İlqar Alqayev (hər ikisi ƏƏSMN) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.