- Baxış sayı: 36
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Topaz Premyer Liqasının 21-ci turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb. Allsport.az xəbər verir ki, onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb.
28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır. Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.
Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.
| yer | Futbolçu | qol | oyun |
| 1 | Vladimir Mazyar | 28 | 51 |
| 2 | Draqan Çeran | 20 | 46 |
| 3 | Elşən Məmmədov | 13 | 51 |
| 4 | David Bolkvadze | 12 | 66 |
| 5 | Rəşad Eyyubov | 12 | 67 |
| 6 | Ramin Nəsibov | 11 | 61 |
| 7 | Stepan Polyak | 11 | 79 |