Dünya çempionatına gerisayım başlayıb
7 sentyabr 2018 / 20:55 Baxış sayı: 867 Sentyabrın 20-də Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb. Allsport.az saytı xəbər verir ki, artıq 133 ölkə iştirakını təsdiqləyib. Bu, son 11 ildə keçirilmiş eyni yarış arasında ən yüksək göstəricidir. Rekord 2007-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qeydə alınıb – 138. Digər tərəfdən, bizdə son 7 ildə ən çox – 827 cüdoçu sifariş olunub.
Azərbaycanın paytaxtında ilk dəfə təşkil olunacaq mundialda 5 qitədən olan cüdoçuların qatılması bu idman növünün qlobal ölçüsünün göstəricisidir. Hazırda ACF və İJF yarışa hazırlıq üçün bütün səylərini ortaya qoyublar. Təqvimə əsasən, fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq. Qarışıq komanda görüşləri isə 27 sentyabr saat 9:00-a təyin olunub. Əvvəlki illərlə müqayisədə, Bakıdakı dünya çempionatı 7 deyil, 8 günü əhatə edəcək:
I gün – 20 sentybar, cümə axşamı: Kişilər – 60 kq / Qadınlar – 48 kq
II gün – 21 sentyabr, cümə: Kişilər – 66 kq / Qadınlar – 52 kq
III gün – 22 sentyabr, şənbə: Kişilər – 73 kq / Qadınlar 57 kq
IV gün – 23 sentyabr, bazar: Kişilər – 81 kq / Qadınlar – 63 kq
V gün – 24 sentyabr, bazar ertəsi: Kişilər – 90 kq / Qadınlar – 70 kq
VI gün – 25 sentyabr, çərşənbə axşamı – Kişilər 100 kq / Qadınlar 78 kq
VII gün – 26 sentyabr, çərşənbə – Kişilər +100 kq / Qadınlar +78 kq
VIII gün – 27 sentyabr: Qarışıq komanda yarışları