- Baxış sayı: 31
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.
Dünya çempionatı
4 sentyabr
1/32 final
Zaur Qəhrəmanov (65 kq) – Denis Bril (Almaniya)
Sərxan Əliyev (70 kq) – Karlos Flouers (ABŞ)
5 sentyabr
1/16 final
Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)
6 sentyabr
1/16 final
Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlət Muhanov (Türkmənistan) cütünün qalibi
7 sentyabr
1/16 final
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi
8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçius (Litva) cütünün qalibi
Dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.