- Baxış sayı: 59
- 29 Yanvar 2026 19:28
- Baxış sayı: 110
- Yanvar 30, 2026
- 0

WBA versiyası üzrə dünya çempionu, amerikalı boksçu Cərvonta Devis məişət zorakılığı ittihamı ilə həbs edilib.
Allsport.az xəbər verir ki, həbs qərarı çıxarıldıqdan iki həftə sonra Devis Mayamidə saxlanılaraq polis bölməsinə aparılıb.
Daha əvvəl boksçu üç maddə üzrə axtarışa verilmişdi: döymə, qanunsuz azadlıqdan məhrumetmə və adam oğurluğuna cəhd. Cinayət işinin açılmasına səbəb bir qadının şikayəti olub. Şikayətçi iddia edir ki, son bir neçə ay ərzində boksçu ilə yaxın münasibətdə olub və zorakılığa məruz qalıb.