- Baxış sayı: 55
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 146
- Fevral 02, 2026
- 0

“Yuventus”un hücumçusu Duşan Vlahoviç bərpa prosesinin növbəti mərhələsi üçün Turinə qayıdıb. Allsport.az xəbər verir ki, ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunan 26 yaşlı serbiyalı futbolçu yanvarı Belqradda fərdi hazırlıqla keçirib.
Tibbi heyətin ilkin rəyinə görə, forvardın yaşıl meydanlara qayıdışı marta planlaşdırılsa da, son məlumatlar onun daha tez — fevralın ortalarında “İnter”lə oyuna qədər hazır ola biləcəyinə dair ümidləri artırıb. Cari mövsümdə 17 matçda 6 qol və 2 məhsuldar ötürmə edən Vlahoviç artıq klubun bazasında məşqlərə başlayıb.