- Baxış sayı: 67
- 03 Fevral 2026 11:44
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0
Ukraynanın Odessa şəhərində ənənəvi “Grand-Prix Odessa” veloyürüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, 100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 km məsafə qət ediblər.
Yarışın qalibi adını isə Azərbaycanın Elit yığma komandası və “Synergy Baku” kontinental komandasının üzvü Elçin Əsədov qazanıb – o məsafəni 2 saat, 57 dəqiqə, 49 saniyəyə başa vurub. “Synergy Baku”nun digər üzvü Aleksandr Surutkoviç Elçindən 20 saniyə geri qalmaqla 3-cü olub.
Qeyd edək ki, Odessa Qran-Prisi gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınacaq və 1.2 kateqoriyasına malik olacaq.