- Baxış sayı: 46
- 18 Aprel 2025 16:16

- Baxış sayı: 52
- Aprel 22, 2025
- 0
Bu gün futzal üzrə yüksək liqada 13-cü turun oyunları keçirilib.
Allsport.az saytı xəbər verir ki, “Neftçi” – EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FİFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.
18 may 1971-ci ildə Bakı şəhərində anadan olan Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə premyer liqa matçlarına təyinat alıb.
2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən həmyerlimiz 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.
İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. O, UEFA-nın 1-ci dərəcəsinə qədər yüksəlməyi bacarıb.