- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa birinciliyində fərdi çıxışlar sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışa 13 (9 oğlan, 4 qız) idmançı ilə yollanan Azərbaycan millisi 5 medal qazanıb. Bütün qənimətlər oğlanlara nəsib olub.
Baş məşqçi Elxan Məmmədov, məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gəliblər. Turan Bayramov (60 kq) 2-ci, İsmayıl Zamanov (90 kq) 3-cü yer tutublar.
Beləliklə, Azərbaycan komandası bu yaş qrupunda Avropa çempionatında tarixinin 2-ci samballı nəticəsinə nail olub. Rekord 2017-ci ildə Sloveniyanın Maribor şəhərində keçirilmiş yarışda qeydə alınıb. Həmin vaxt ACF-in prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Sadıq Sadıqov, baş məşqçi Elçin İsmayılov olub. Cüdoçularımız fərdi mübarizəni 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar.
Sabah qitə birinciliyində qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan millisi mübarizəyə təsnifatdan başlayacaq. Rəqib Avstriya seçməsidir.