- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli voleybolçumuz Polina Rəhimova düşmənə qarşı aparılan döyüşlərlə bağlı fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, Brazilyanın “Sesi” klubunun üzvü okeanın o tayından ölkəsinə dəstək verib:
“Mən siyasətçi deyiləm, amma ədalət naminə hərbçilərimizə dəstək olmaq istəyirdim. Azərbaycan bu məsələdə yüz faiz haqlıdıq. Çünki öz topraqlarını düşmən tapdağından azad etmək istəyir. Komandamızın oyununda Azərbaycan ordusuna dəstək məqsədilə, arenaya bayrağımızı asmaq istədim. Təşkilatçılar yanıma gəlib dedilər ki, erməni diasporası bundan xəbərdardır. Yəni bayrağın asılmasına, icazə verilmədilər ki, qalmaqal yaranacaq.
Pərt və qəzəbli idim. Komanda yoldaşlarım nə baş versiyi ilə maraqlandılar. Onlara erməni terroru haqda həqiqəti başa düşmələri üçün bildiklərimi danışdım. Qızlar Kim Kardaşyan haqqında da soruşdular. Terrora dəstək verən erməni modeldir dedim. Mən də mübarizəmi belə aparıram.
Kimin nə deməsindən asılı olmayaraq, bayrağımızla arenaya çıxdım. Buradan, bütün məşhurları, idmançıları erməni terroruna qarşı susmamağa çağırıram. Qarabağ Azərbaycandır!” (matç.az)