“Əsas məqsədimiz bu uşaqların gələn olimpiadaya qədər inkişaf yolu keçmələridir”

3-cü MDB oyunlarında bu gün boks yarışı başa çatdı. Yevlax olimpiya idman kompleksində keçirilən döyüşlərdə millimiz 5 qızıl medal qazandı. Bu, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Yeniyetmələrdən ibarət seçmənin baş məşqçisi Vaqif Kazımov da belə düşünür. Allsport.az saytına verdiyi müsahibədə o ümumi mənzərəni belə şərh etdi:

– Biz iş aparırıq. İllərdir bu yaş qrupundayııq. Köməlçi-məşqçilərdən çox razıyam –  həm Ağası Məmmədovdan, həm də Teymur Məmmədovdan. Zarafat deyil, hər ikisi titullu boksçu olub, olimpiya mükafatları var, dünya çempionluğunun sevincini yaşayıblar.

– Yeri gəlmişkən, biri sizin şəxsi tələbəniz olub.
–  Teymur da bizimdir, yüksək boksu bilən adamdır. Mənə bunlarla işləmək yüngüldür. Hər şey qanunauyğundur. Federasiya tərəfindən də dəstəklər var.

– Vaqif müəllim, oyunlardan öncə neçə qızıl medal ehtimal edirdiniz? Xahiş edirəm, gerçəyi deyəsiniz…
– Çox nəticələr görmüşəm. Təxmini hesablamamız vardı. Ən azını söyləyirəm: 2 qızıla əmin idik.

– Qalib gəldiklərimiz arasında aparıcı boks ölkələrinə rast gəlinir. Çətin sədlər dəf edildi. Demək, bütün qapılar açılır?
– Əlbəttə. Öncədən də demişdim: bu oyunları yarımfinalı dünya birinciliyinin ¼ finalna bərabərdir. Ən aparıcı dövlətlər – Özbəkistan, Qazaxıstan, Rusiya. Sonra Belarusla Tacikistan gəlir və biz bunların içində – komanda hesabında Rusiyanı keçdik, Özbəkistandan sonra 2-ci olduq.

– Qarşıda Almaniyada yeniyetmələrin Avropa birinciliyi gəlir. Gözləntiniz nədir?
– Yeniyetmələrdə öncədən nəsə söyləmək çətindir. Hər an nəsə dəyişə bilər. Amma böyüklərdə dəqiq fikir bildirmək olur. Əsas məqsədimiz bu uşaqların gələn olimpiadaya qədər (Los Anceles-2008) inkişaf yolu keçmələridir ki, böyüklərdə hazır olsunlar.

Söhbətləşdi: Kamran HACI, Yevlax

Həmin kateqoriyadan