Faiq Qarayev: Ölkə çempionatında “Xarı bülbül” klubunun debütü yadda qalan hadisədir

Bu gün voleybol üzrə ölkə çempionatının bağlanışı oldu. Allsport.az saytı xəbər verir ki, mərasimdə AVF-in vitse-prezidenti Faiq Qarayev çıxış etdi:

“Çətin yol keçdik. Pandemiyadan sonra ölkə çempionatında bu qədər komandanın çıxış etməsi qənaatbəxşdir. Ötən həftə 1-ci liqanın bağlanışı oldu. Ümumilikdə 40 klub mübarizə apardı.

Bu, çox sevindiricidir. Bizi qarşıda Avrokuboklar gözləyir. İlk dəfə kişilərin yüksək dəstəsində Şuşanın “Xari bülbül” klubu çıxış etdi. Bu, yadda qalan hadisədir.

Federasiyada dəyişiklik oldu. Ümid edirik ki, gələn il elitada komsndaların sayı daha artacaq. Hamını təbrik edirəm. Bizə təbliğatda dəstək olan jurnalistlərlə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan