- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan voleybol federasiyasının vitse-prezidenti Faiq Qarayev martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə danışıb. Allsport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis uşaqlığından tanıdığı həmyerlisi haqqında saatlarla müsbət danışa biləcəyi açıqlayıb:
“Buna baxmayaraq, fikrimi qısa şəkildə çatdıracam. Onunla bağlı çox gözəl xatirələrim var. Mübariz orta məktəbdə qardaşım Fazillə bir sinifdə oxuyub, elə o illərdən bizim ailəmiz onu çox yaxşı tanıyır. O, mərd, ölkəsini sevən insandır. Fəxrlə deyə bilərəm ki, Mübarizin Azərbaycana olan sevgisi idmanımızdan da yan keçməyib. O, voleybolçularımıza da hər zaman lazımı dəstəyi göstərib. Qonşu ölkədə çalışan iş adamı barədə çıxarılan qərardan təəssüf hissi keçiririk”.
Faiq Qarayev özü, qardaşı, ailəsi və voleybol camiəsinin həmişə ona dəstək olduğunu və bundan sonra olacağını da sözlərinə əlavə edib: “Arzulayırıq ki, hər şey uğurla yekunlaşsın”.