- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri bölgələrdə kütləvilik və inkişafdır. Allsport.az saytı xəbər verir ki, ACF-nin dəstəyi ilə bir neçə rayonda cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq ölkənin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Növbəti yarış Göyçayda keçirilib. Yarışdan öncə seminar olub. Toplantıda yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
Regionlar arası Federasiya kuboku uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub. 2 yarımqrupda, 6 komanda – “Bakı-1”, “Bakı-2”, “Bakı-3”, “Sumqayıt-2”, “Şimal-1” və “Cənub-1” mübarizə aparıblar. “Bakı-1” və “Bakı-2” komandaları növbəti region yarışında iştirak etmək üçün finala vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finala çıxmaq üçün yarış iyun ayında Şamaxıda keçiriləcək. Final görüşləri isə həmin ayda Göygöl rayonunda baş tutacaq.