- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Fors İndia” komandasından Otmar Safnauer bildirib ki, yeni qaydalardan sonra müəmmalar çoxdur və komandaların bunlara necə reaksiya verəcəkləri ona maraqlıdır. Allsport.az saytının f-1.az-a istinadən məlumatına görə, yeni mövsümdən daha enli təkərlər hesabına bolidlərin asfaltayatma qüvvəsi çoxalacaq. Bununla da, bəzi döngələrin sürəti artacaq və dövrə zamanları 5 saniyə yaxşılaşacaq. Sitat:
“Formula1-də bu cür dəyişikliklər olanda sürprizlər ortaya çıxır. Sözün açığı, 2017-ci ildə də bu cür hallarla rastlaşa bilərik. Yeni qaydalardan sonra yarışların daha maraqlı olub-olmayacağını deyə bilmərəm. Vaxt keçdikcə, bunu görəcəyik. Bolidlər sürətli olacaq, amma bunu döngələrdə hiss edəcəyik, düzlüklərdə yox.
Komanda olaraq yeni mövsümdə bəzi hədəflərimiz var. Son illərdə davamlı formada inkişaf etmişik və 2016-cı ildə mühəndislər çempionatında 4-cü olduq. Bu mövsüm bu nəticəni yaxşılaşdırmaq çətin olacaq. Bunu bilirik, amma ən azı geriyə düşməməyə çalışacayıq”.